skip to Main Content
(+99412) 310 08 80 (+99455) 280 88 58 info@irix.az
Topdan satış - komputerlər, noutbuklar, serverlər

Topdan satış

Bu səhifə marağınıza səbəb olubsa ya hal-hazırda İT və elektronika avadanlıqlarının pərakəndə satışı ilə məşğulsunuz və ya olmaq istəyirsiniz. Elə isə satdığınız avadanlıqları sərfəli topdan satış qiymətinə ala bilmək sizin üçün çox maraqlı mövzu olmalıdır. Çünkü indi aldığınız qiymətlərdən daha ucuz qiymətləri ala bilmək eyni satışı edib daha çox gəlir əldə etmək deməkdir. Əgər sizin yaxşı satış qabiliyyətiniz varsa bu çox yaxşı fikir ola bilər. Bu işlə məşğul olaraq siz böyük gəlir əldə edə bilərsiniz. Demək olar ki, hər şey sizdən asılıdır, gələcəyiniz öz əlinizdədir. Təbii ki, bir də əldə edə bildiyiniz topdan satış qiymətlərindən də çox şey asılıdır.

İT və elektronika avadanlıqları dedikdə komputerlər, noutbuklar, serverlər və s. nəzərdə tutulur. Bizim idxal etdiyimiz avadanlıqların tam siyahısı ilə bizim internet maqazin səhifəmiz olan https://shop.irix.az keçidindən tanış ola bilərsiniz. İnternet mağazamızda qeyd olunan qiymətlər pərakəndə satış qiymətləridir.

Topdan satış qiymətləri əldə etmək üçün bizə müraciət etmək və tələb olunan sənədləri təqdim etmək lazımdır. Diler olaraq qeydiyyatdan keçdikdən sonra mütəmadi olaraq yenilənən idxal etdiyimiz məhsullar üçün topdan satış qiymətlərimizi əldə edəcəksiniz. Qiymət cədvəlimizdə həm hazırda Bakı anbarımızda olan avadanlıqların qiymətləri həm də sifariş oluna biləcək məhsulların qiymətləri qeyd olunur.

Ola bilsin ki, siz illərdir bu işlə artıq məşğulsunuz və indiyədək sərfəli topdan qiymətlər aldığınızı düşünmüsünüz. Bəlkə də illərdi hansısa mağazadan nisbətən ucuz qiymətə alıb öz müştərinizə satmaqla cüzi əldə etdiyiniz gəlirlə qane olmusunuz və düşünmüsünüz ki, siz topdan qiymətlərlə alırsınız. Sizi məyus etmək istəməzdik lakin böyük ehtimalla bu belə deyildir. Bizim dilerlər siyahısına qatıldıqdan sonra özünüz bunun əyani şahidi olacaqsınız. Müraciət etmək üçün Əlaqə menüsündə qeyd olunmuş nömrələrlə əlaqə saxlamağınız kifayətdir. Sizi lazımi şəxsə yönləndirəcəklər. Uğurlar!

Back To Top
×Close search
Search