skip to Main Content
(+99412) 310 08 80 (+99455) 280 88 58 info@irix.az

Tariximiz

IRIX şirkəti 2008-ci ilin aprel ayında Bakı şəhərində yaranıb. İlk 2 ildə fəaliyyəti yalnız pərakəndə satışdan ibarət olan adi kompüter mağazası olmuşdur. 2010-cu ildən etibarən şirkətin strateji planına uyğun olaraq şirkət fəaliyyətini əsasən korporativ müştərilərin texnologiyaya olan ehtiyaclarını qarşılamaq yönündə qoymuşdur. 1 il kimi qısa müddətdə şirkət 100-lərlə korporativ müştərilərin də etimadını qazanıb onları öz müştəriləri siyahısına qata bilmişdir. 2015-ci ilədək şirkət dünyaca məşhur olan müxtəlif markaların Azərbaycan üzrə rəsmi partnyoruna çevrilmişdir. Lakin dayanmadan inkişaf etməyi hədəfləyən şirkət kiçik ölkə olduğu üçün böyük markalar tərəfindən ölkəyə verilən aşağı faizli endirimləri görüb bununla razılaşmamış və həm təchiz etdiyi avadanlıqların siyahısını genişlətmək həm də həmin avadanlıqlar üçün müştərilərinə daha sərfəli qiymətlər təklif edə bilmək üçün 2015-ci ildən Şirkətin baş ofisi B.Ə.Ə.-yə köçürülmüşdür. B.Ə.Ə-də fəaliyyətə başlayan yeni baş ofisin ilk ildəki fəaliyyəti yalnız Azərbaycanda olan şirkətinə B.Ə.Ə.-dən təchizat idi. Lakin şirkətin strategiyası daima inkişaf və yenilənməkdir və buna sadiq qalmaq lazımdır. Və artıq cəmi 1 il sonra şirkət B.Ə.Ə-dən digər Orta şərq və Afrika ölkələrinə də ixraca başlamışdır. Şirkətin cari strateji planına uyğun olaraq B.Ə.Ə.-dən ixrac olunan ölkələrin və müştərilərin siyahısın artırmaq üçün var gücümüzlə çalışırıq. Missiyamız bölməsində də qeyd olunduğu kimi əsas missiyamız təchiz etdiyimiz əksər avadanlıqların istehsalçısına çevrilməkdir.

Back To Top
×Close search
Search