skip to Main Content
(+99412) 310 08 80 (+99455) 280 88 58 info@irix.az

Hədəf və Strategiyamız

Şirkətin təyin edilmiş strateji hədəflərə çatması üçün addımların planlı və mərhələli şəkildə həyata keçirilməsi çox vacibdir. Strategiyamız və hədəflərimiz əsasən Azərbaycanda informasiya texnologiyaları sektorunun inkişafının təmin edilməsinə xidmət edir.

İlk addım müxtəlif ehtiyaclara uyğun həllər hazırlayacaq, sizə lazım olan məhsul və həlli seçməkdə kömək edəcək mütəxəssislərdən ibarət komanda yaratmaq idi. Təbii ki, komandamızın tərkibi sizin tələb və ehtiyaclarınızla proporsional olaraq genişlənir və təkmilləşir. Komanda üzvlərimizi seçərkən inkişafa meyillilik və missiyamız uğrunda bizimlə işləmək istəyi ilə yanaşı insani keyfiyyətlərə də önəm verilir.

Gündəlik iş prosesimizin ayrılmaz hissəsinə çevrilmiş texnologiyaları kifayət qədər bilməməyimiz işimizin keyfiyyətinə mənfi təsir göstərən və vaxt itkisinə səbəb olan bir sıra çətinliklərlə üzləşdirir. Ümumi texnoloji bilik səviyyəsinin artırılması və kiçik çətinliklərin istifadəçilər tərəfindən müstəqil formada sərbəst həlli məqsədilə tərəfimizdən praktiki təlimlərin təşkil olunması nəzərdə tutulur.

İnformasiya texnologiyaları sahəsində təcrübəli mütəxəssislərin sayının artırılması digər önəmli faktorlardan biridir. İnformasiya texnologiyaları sahəsində mütəxəssis olmaq istəyən gənclər, xüsusilə tələbələrin sayı çoxluq təşkil edir. Lakin onlar bu sahədə biliklərin artırılması üçün ana dilində olan vəsaitlərin sayının azlığı və təcrübənin qazanılması üçün şəraitin yetərsizliyi ilə üzləşirlər.

Bu sahədə gənclərə dəstək olmaq, onların inkişafına köməklik göstərmək üçün komandamız vəsaitlərin hazırlanması və təcrübə layihələri üzərində işləyir. Bu layihələr ölkədə informasiya texnologiyaları sahəsində gedən inkişafa dəstək olacaq və ən əsası yaxın gələcəkdə bu sferada istedadlı mütəxəssislərin yetişməsinə kömək göstərəcək. Bu isə öz növbəsində ölkəni informasiya texnologiyalarından istifadə edən ölkədən, bu texnologiyanı istehsal edən bir ölkəyə çevirəcəyinə şərait yaradacaq.

Bütün bu vurğulanan hədəfləri reallaşdırmaq və sizinlə birgə uğura doğru addımlamaq bizə ruh yüksəkliyi verir və gördüyümüz işlərdən həqiqətən zövq almağa köməklik göstərir.

Back To Top
×Close search
Search