skip to Main Content
(+99412) 310 08 80 (+99455) 280 88 58 info@irix.az

Prinsiplərimiz

Cəmiyyətə xeyir vermə prinsipi 

Biz informasiya texnologiyaları sahəsində öyrəndiyimiz bilikləri, təcrübələri cəmiyyətin inkişafına istiqamətləndirərək onunla bölüşməyə, bu sahədə cəmiyyətin daha bilikli olmasına dəstək olmağa, onun irəliləyişində köməkliyimizi əsirgəməməyə səy göstəririk.

Qarşılıqlı hörmət prinsipi

Şirkət daxilində çalışan əməkdaşlarla, əməkdaşlıq əlaqələri qurulan müştərilərlə, qarşılıqlı hörmətə söykənərək fəaliyyət göstərmək önəmli prinsiplərimizdən birirdir. Biz hər bir əməkdaşın, müştərinin fikrinə diqqətlə yanaşaraq, qurulan münasibətlərin təməlini qarşılıqlı hörmət əsasında formalaşdırmağa çalışırıq.

Komanda fəaliyyəti prinsipi

Biz – işini qarşılıqlı hörmət, məsuliyyət və əməllər əsasında ümumi nəticəyə hədəflənmiş bütöv komandayıq. Gördüyümüz hər bir iş, qazandığımız hər bir nailiyyət komandamızın hər bir üzvünün uğurlu fəaliyyətinin nəticəsidir. Hər bir komanda üzv übizim üçün dəyərlidir və şirkətin bir parçasıdır.Biz bunu da bilirik ki,şirkətin uğuru, effektiv fəaliyyəti hər birimizdən asılıdır.

Müştərinin məmnunluğu prinsipi

Biz müştərilərlə uzunömürlü münasibətlərin etibar, düzgünlük, hörmət, məsuliyyət əsasında qurulmasına və götürdüyümüz öhdəliklərin zamanında yerinə yetirilməsinə çalışırıq. Müştərinin fərdi və ya korporativ olmasından asılı olmayaraq, hər bir müştəri bizim üçün dəyərlidir, və bizim bütün fəaliyyətimiz onların göstərilən xidmətdən məmnun qalmaqlarına istiqamətlənmişdir.

İnnovativlik prinsipi

Biz fəaliyyət göstərdiyimiz sferanın yeniliklərini daim izləyərək, bu yenilikləri, effektiv həlləri müştərilərə təklif edərək, onların biznesinin inkişafına istifadə etmələrində köməklik göstəririk.

Profesionallıq prinsipi

Biz komanda üzvlərimizin mükəmməlliyə doğru fəaliyyətini dəstəkləyirik. Onların professional olaraq inkişafı və formalaşması üçün sağlam mühitin və lazımi şəraitin yaradılmasına çalışırıq.

Əməkdaşın məmnunluğu prinsipi

Şirkətdə çalışan hər bir əməkdaşın öz üzərində inkişafını təmin etmək, irəliləyişinə dəstək olmaq, fikirlərinə hörmətlə yanaşaraq komanda da çalışmaqdan məmnunluğunu təmin etmək bizim ümumi ortaq nöqtəmizdir.

Etibarlılıq prinsipi

Etibar komandamızın üzvləri arasında olan münasibətlərdə, şirkətimizlə müştərilərimiz arasında qurulan əməkdaşlıqda hər zaman verdiyimiz dəyərdir.Bu dəyər məsuliyyətin tam icrasından və profesionallıqdan formalaşır.

Back To Top
×Close search
Search