skip to Main Content
(+99412) 310 08 80 (+99455) 280 88 58 info@irix.az

Təklif etdiyimiz xidmətlər

 

Pərakəndə satış: Pərakəndə müştərilərimizə daha yaxın ola bilmək və onların rahat alış-verişini təmin etmək üçün 2019-cu ildən ATC (Advanced Technologies Corporation) adlı mağazamız fəaliyyətə başlayıb. Mağazanın yerləşdiyi ünvanı saytımızın Əlaqə menüsündən əldə edə bilərsiniz. Sizi də mağazamızda görməyə şad olarıq.

Onlayn satış: Vaxtına qənaət etmək istəyən və onlayn alış-verişə üstünlük verən müştərilər üçün əvəz olunmaz olan onlayn mağazamız vasitəsilə siz günün istənilən vaxtı məhsullarla tanış ola və sifarişlərinizi yerləşdirə bilərsiniz. İş vaxtlarımız müddətində isə əlaqə nömrələrimiz, canlı mesajlaşma və whatsapp kanallarımızdan sizin üçün ən uyğun olanı ilə əlaqə saxlayıb suallarınıza cavab ala və sifarişlərinizi verə bilərsiniz.

Korporativ satış: Korporativ müştərilər üçün xüsusi sevindirici xəbərimiz var. Belə ki, bizim əksər məhsul və xidmətlərimiz əsasən korporativ müştərilər üçün nəzərdə tutulub. Bizim korporativ satış üzrə mütəxəssislərimiz tələblərinizə ən uyğun avadanlığı seçməkdə sizə yaxından köməklik göstərəcəklər. Şirkətin korporativ müştərilər üçün təklif etdiyi xüsusi endirimli təklifləri isə sizin üzünüzü güldürəcək və biznesinizlə rahat məşğul olmağınız üçün lazımi mühiti yaradacaq.

Sifarişlə idxal: Əgər sizin iri sifariş planlarınız varsa o zaman tələb olunan avadanlıqların siyahısını bizim info@irix.az ünvanına göndərməklə xüsusi endirimli qiymətlər əldə edə biləcəksiniz. Sifarişlərinizi planlı olaraq əvvəlcədən etməklə həm sizə tələb olunan vaxtda məhsulunuzun əlinizdə olacağına əmin olmuş olacaqsınız həm də xüsusi qiymətlərlə büdcənizə qənaət etmiş olacaqsınız.

İT xidmət: Təbii ki, bir çox şirkətlər üçün daimi İT mütəxəssis cəlb etmək kifayət qədər böyük xərcdir. Lakin İT avadanlıqlarsız biznesi təsəvvür etmək mümün deyil və avadanlıq istifadə olunursa deməli onun quraşdırılması, profilaktikası və müəyyən hallarda yaranmış nasazlıqları aradan qaldırmaq lazımdır. Bu səbəbdən şirkətimiz korporativ müştərilərə it xidmətin geniş çeşidini təklif edir. Təklif etdiyimiz əsas İT xidmətlər aşağıdakılardır:

  1. Serverlərin quraşdırılması və inzibatçılığı
  2. Şəbəkələrin quraşdırılması və inzibatçılığı
  3. İP mini ATS-lərin quraşdırılması və inzibatçılığı
  4. Kompüter, noutbuk, printer və s. avadanlıqların təmiri

Texniki dəstək abunəliyi: 

Texniki dəstək abunəliyinin ən boyük üstünlükləri sizi gözlənilməz böyük İT xərclərdən sığortalamaqla yanaşı bütün kompüter, noutbuk, printer və serverlərinizdə yarana biləcək problemlərə qarşı profilaktik tədbirlər görüləcəyindən bu kimi problemlərin yaranmasına imkan yaratmamaq və sizin biznesinizi bu kimi problemlərdən uzaq daima tam sürətlə inkişaf etməyə mühit yaradır. Bu ildən başlayaraq isə İT xidmət abunəliyinə 1 illik abunə olmuş hər bir kompüter həm də həmin il ərzində zəmanətli statusu alır və il ərzində həmin kompüterdə yaranacaq istənilən texniki problemlər də şirkətimiz tərəfindən tam təmənnasız olaraq aradan qaldırılır.

Back To Top
×Close search
Search